ANS PRESS-in məlumatına görə, Roys bildirib ki, Dağlıq Qarabağda atəşkəsin bərpa olunması üçün Azərbaycan Ordusu cəbhədəki snayperlərini geri çəkməlidir.
Ermənipərəst konqresmenin Obamaya çağırışını şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Ed Roys başa düşməlidir ki, Qarabağ Azərbaycan torpaqlarıdır və işğalçı Ermənistan silahlı bölmələri bu torpaqlardan geri çəkilməlidir.
«Görün bunlar nə qədər erməni lobbisinin təsiri altına düşüb ki, işğalçı Ermənistan qoşunlarının geri çəkilməsini tələb edə bilmirlər. Onlar işğala məruz qalan torpaqlarımızdan Azərbaycan Ordusunun snayperlərini geri çəkilməsi ilə bağlı Obamaya çağırış ediblər. Bu, həyasızlığın ən son pilləsidir. Bundan o tərəfi yoxdur», - deyə Qabil Hüseynli bildirib.
Politoloq qeyd edib ki, Qarabağı döyüş yolu ilə geri qaytarmaq Azərbaycanın haqqıdır.