Poroşenko İngiltərə baş naziri Devid Kemeronla söhbət zamanı deyib ki, hərbi texnikanın böyük bir hissəsi yerlə-yeksan edilib. Bu haqda prezidentin rəsmi internet səhifəsində də məlumat yerləşdirilib.
Sözügedən məlumatlar yayıldıqdan sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) baş verən hadisə ilə bağlı «dərhal gərginliyin azaldılması və münaqişənin danışıqlar yolu ilə həll edilməsi» çağırışını edib. Çağırışda həmçinin BMT-nin hücumun baş verməsini təsdiq etməməsi də bildirilib.
Rəsmi Moskva qəti şəkildə hər hansı sərhəd pozuntusu faktını təkzib edir və yalnızca Ukraynanın yardım konvoyuna sərhəddi keçməyə imkan verməməsi haqda məlumatı təsdiqləyib. Kremlin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynalı həmkarı ilə konvoyun gələcək müqəddəratının həllinə dair müzakirələr aparıb.
Ukrayna xarici işlər naziri Pavlo Klimkin şəxsi «twitter» Lavrov ilə avqustun 17-si görüşəcəyini deyib. Görüşdə almaniyalı və fransalı diplomatların da iştirakı gözlənilir. «Bazar günü Berlində Ştaynmayer, Fabius və Lavrovla görüşəcəyəm. Masanın dördkünc ya dairəvi olması vacib deyil. Danışmaq lazımdır». https://twitter.com/PavloKlimkin/status/500298176948342784). Görüş zamanı həmçinin Rusiyada həbs edilmiş ukraynalı hərbçilərin azad edilməsi də müzəkirə mövzusu olacaq.