Dmitriy Medvedevin rəsmi «Twitter» hesabında onu hörmətdən salan ilk mesaj Moskva vaxtı ilə səhər saat 10-dan sonra göndərilib. Mesaj minlərlə adam arasında yayılıb: «Mən istefa verirəm. Hökumətin hərəkətlərindən biabır olmuşam. Bağışlayın».
Başqa mesajda nazirin mənzərə fotoşəkilləri çəkməyə həvəsini göstərən «Mən sərbəst fotoqraf olacam» sözləri yazılıb. «Krım bizim deyil. Xahiş edirəm, bu mesajı «Twitter»də yayın» mesajı ilə də hakerlər martda Rusiyanın Krımı anneksasiyası vaxtı baş nazirin dediyi «Krım naş» («Krım bizimdir») sözlərini ələ salıblar.
Hesab bərpa olunandan az əvvəl yazılan mesajda Rusiya prezidenti Vladimir Putinə müraciətlə - «Vova! Mən bunu sənə çoxdan demək istəyirdim. Sən səhv edirsən» yazılıb. «Vova» Vladimir adının əzizləmə və kiçiltmə formasıdır.
Medvedev 2008-2012-ci illərdə prezidentliyi dövründə və bundan sonra da tənqidlə üzləşib. O, Rusiya siyasətinin «oyuncağı» olmaqda ittiham olunur. Tənqidçilər bildirirlər ki, prezident olanda onun məqsədi açıq-aşkar yerini Putinə vermək olub.
Avqustun 14-də Medvedev hökuməti mesajların hamısının yayıldıqdan 1 saat sonra silindiyini bildirib.