Vaxt.Az

Cavad Heyətin qızı təsdiqlədi


 

Dünya şöhrətli alimin Təbrizdə dəfninə icazə verilməyib

Cavad Heyətin qızı təsdiqlədi Avqustun 15-də son mənzilə yola salınan məşhur azərbaycanlı cərrah Cavad Heyət Bakıdakı II Fəxri Xiyabanda dəfn olundu. Cavad Heyətin cənazəsini mərhumun doğulduğu Təbriz şəhərindəki «Şairlər məqbərəsi»ndə - ustad şair Şəhriyarın yanında dəfn olunması ehtimalı vardı. Bu səbəbdən də avqustun 12-də vəfat edən doktorun dəfn mərasimi 3 gün gecikdirilib.

Modern.az saytıının məlumatına görə, doktorun ailəsi də onun Təbrizdə dəfn olunmağını istəyib. Amma bunun üçün İranın Azərbaycandakı səfirliyi ilə aparılan müzakirələr müsbət sonuclanmayıb.

Cavad Heyətin qızı Maral Heyət də atasını Təbrizdə dəfn etməyə çalışdıqlarını gizlətməyib.

«Bütün səylərə baxmayaraq, doktor Cavad Heyətin Təbrizdə dəfn edilməsi mümkün olmadı. Buna görə də onun Bakıdakı Fəxri Xiyabanda dəfninə qərar verildi» - deyən M.Heyət atasının dəfninin nə üçün gecikdirildiyinə aydınlıq gətirib. Lakin Maral Heyət bu haqda geniş məlumat verməyib.

 





16.08.2014    çap et  çap et