Müdafiə Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə avqustun 18-də Türkiyə Respublikasının müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Səfər çərçivəsində Naxçıvan şəhərində müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.
Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.