Vaxt.Az

Qəbilələrarası savaş...


 

... Liviya hökumətini təngə gətirib

Qəbilələrarası savaş... Liviyada son bir neçə aydır ki, qəbilələr arasında davam edən iğtişaşlar hökuməti təngə gətirib. Hökumət ölkədə stabilliyi bərpa etməkdə çətinlik çəkir.

Vəziyyətlə əlaqədar yeni seçilmiş parlament ötən gün silahlılara beynəlxalq səviyyədə müdaxilə edilməsi üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Hökumətin bu müraciəti xalq arasında etirazlara səbəb olub. Paytaxt Tripolidə baş tutan aksiyaya minlərlə insan qatılıb. Liviyada 2011-ci ildə sabiq Müəmmər Qəddafi rejimi devrildikdən sonra hazırkı hökumətə qarşı çıxan qüvvələrlə hökuməti dəstəkləyən qüvvələr arasında mübarizə gedir. Mübarizə fonunda ölkədə çoxsaylı zorakılıqlar törədilib. Gərgin vəziyyətlə əlaqədar bir qədər əvvəl ölkədə olan bütün xarici ölkə səfirlikləri, diplomatlar ölkəni təcili olaraq tərk etmək məcburiyyətində qalmışdılar.

 





16.08.2014    çap et  çap et