Vaxt.Az

Bakıda daha bir jurnalist qarət olundu


 

Pul və qızıl aparan oğrular başqa bahalı əşyalara toxunmayıb

Bakıda daha bir jurnalist qarət olundu Avqustun 15-dən 16-na keçən gecə jurnalist, Modern.azsaytının əməkdaşı Elmin Nurinin ailəsinin evində oğurluq hadisəsi baş verib.

Qeyd edək ki, hadisə baş verən zaman Nurizadələr ailəsi oğluna şadlıq sarayında toy mərasimi keçirirmiş. Ailə üzvlərinin evdə olmamasından istifadə edən oğrular pəncərəni sökməklə evə daxil olublar.

Toydan evə dönən ailə üzücü mənzərə ilə rastlaşıb. Dərhal 102 xidmətinə zəng edilib və polislə aparılan araşdırmada məlum olub ki, başı toya qarışan ailənin evindən 3700 ABŞ dolları məbləğində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Maraqlıdır ki, oğrular evdə olan iki noutbuk və digər bahalı əşyalara toxunmayıb.

Məlumatı Modern.az-a zərərçəkmiş jurnalistin özü verib.

 





16.08.2014    çap et  çap et