Honduraslı futbolçu Azərbaycanı, əsas da Lənkəranı, «Xəzər Lənkəran» azarkeşlərini gözəl xatirələrlə yada salıb: «Azərbaycan çox gözəl ölkədir. Təbiəti və insanları adama çox xoş gəlir. Əsas böyük şəhəri paytaxt Bakıdır. Amma mənim oynadığım komanda Lənkəranda yerləşirdi. Lənkəran camaatı xüsusi qonaqpərvərliyi ilə seçilirdi. Orda olduğum zamanda dil bilmədən belə lənkəranlılarla gözəl anlaşırdıq. Eyni zamanda bildirim ki, çay və ləvəngi lənkəranlıların ən çox sevdiyi şeylərdir. Ümumiyyətlə, Lənkəranda hamı çayı çox sevirdi və bu içki növü ən çox içilən idi. Ləvəngiyə isə söz ola bilməzdi. Arada azarkeşlər bazamıza ləvəngidən da pay gətirirdilər. Çox dadlı yemək idi. Açığı, yenidən Azərbaycanda oynamaq istərdim. Orada gözəl günlərim keçib». (rekord.az)