Vaxt.Az

ABŞ Karen Petrosyana görə narahatdır...


 

Bəs Həsən Həsənova görə niyə səs çıxarmır?!

ABŞ Karen Petrosyana görə narahatdır... ABŞ Dövlət Departamenti Azərbaycan ərazisinə keçən erməni diversiya qrupunun üzvü olduğu bildirilən Ermənistan vətəndaşı Karen Petrosyanın ölümündən «dərin narahatlıq keçirdiyini» bildirib.

Virtualaz.org saytı xəbər verir ki, Dövlət Departamenti K.Petrosyanın ölümünün «təbii olmayan səbəblərdən» baş verdiyinə dair iddialardan da narahatdır və erməni əsirin ailəsinə başsağlığı verib.

Dövlət Departamenti həmçinin Azərbaycan hakimiyyətini K.Petrosyanın ölümü ilə bağlı «şəffaf araşdırma aparmağa və araşdırmanın nəticələrini təqdim etməyə» çağırıb.

Bəyanatda bildirilir ki, tərəflər beynəlxalq humanitar normalara əməl etməli və Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin əsir düşən vətəndaşlarla görüşünə imkan yaratmalıdır.

Aydındır ki, Dövlət Departamentinin bu bəyanatı ABŞ-dakı erməni lobbisinin sifarişi ilə yayılıb.

Bəs Vaşinqton Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş mülki şəxs, Cəbrayıl rayonundan olan məcburi köçkün Həsən Həsənova görə niyə narahat olmadı və erməni tərəfini araşdırma aparmağa çağırmadı?

Belə görünür ki, biz növbəti dəfə Amerika ikili standartları ilə üz-üzəyik.

 





16.08.2014    çap et  çap et