«Stansiyada kiçik texniki işlər qalıb. Bu işlər başa çatanda qapılar açılacaq», - deyə 1 ay əvvəl «Bakı Metropoliteni» QSC-nin mətbuat katibi Nizami Paşayev bildirmişdi. Amma bu «xırda işlər» bitmir.
«28 May» Bakı Metropoliteninin iki xəttini birləşdirən stansiyadır. Aşağı vestibül də daxil stansiyanın modernləşdirilməsinə 11 iyun 2012-ci ildə eskalatorların yenidən qurulmasından başlanılıb. 2013-cü ilin yanvarında yeni bina tikintisi ilə bağlı giriş-çıxış bağlanılıb. Çıxış 2013-cü il sentyabrın 16-da açılıb.
Sərnişinlər «20 May» stansiyasına girmək üçün «Cəfər Cabbarlı» stansiyasının girişindən, eləcə də «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) istifadə edirlər. Bir çoxları hesab edirdi ki, «28 May» stansiyasının girişi Respublika günü - 28 mayda açılacaq. İndi girişin 15 sentyabrda açılacağı gözlənilir. («Turan»)