Gələn il Azərbaycanda 6 mindən çox idmançı və 3 mindən çox komanda rəsmisi 239 medal və Avropa çempionu adı uğrunda yarışacaq.
Hal-hazırda Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində dünyanın beş qitəsini təmsil edən və 33 müxtəlif millətdən olan 670 nəfər işçi çalışır.
2015-ci ilin 12 iyun tarixində keçiriləcək möhtəşəm açılış mərasimi bütün Avropanın qeyd edəcəyi 17 günlük idman bayramına başlanğıc verəcək.
Bakı 2015 Avropa Oyunları haqqında ən maraqlı faktlar və rəqəmlər:
- Açılış Mərasiminə 300 gün qalıb;
- 12 000 könüllü cəlb olunur;
- 49 Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin üzvü kimi dəvət olunub;
- yarışlar 19 müxtəlif idman növü üzrə keçiriləcək;
- mundial 17 gün davam edəcək;
- BAOƏK-də 33 müxtəlif millətin nümayəndəsi çalışır;
- BAOƏK-də ümumilikdə 670 nəfər işçi var;
- Yarışlar ümumilikdə 20 arenada keçiriləcək;
- 239 medal təltif olunacaq;
- Atletlər Kəndində 3755 yataq otağı var;
Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı, kontinentdə ilk Avropa Oyunları olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub.