Bu məlumatları 50 yaşından 89 yaşınadək olan 6422 britaniyalının iştirakı ilə aparılmış tədqiqatın nəticələri təsdiq edir. Məlum olub ki, ümumdünya şəbəkəsindən istifadə edilməsi həmin qrupun xeyrinədir. Onların müntəzəm surətdə şəbəkəyə çıxması yaşlı əhalinin rəqəmsal savad göstəricilərini artırır, həyat səviyyəsini yüksəldir, intellektini qoruyub saxlayır və təfəkkürünü sürətləndirir.
Lakin internetdən həddindən artıq istifadə edilməsi şəkərli diabet və ürək-damaq xəstəlikləri riskinin artmasına gətirib çıxarır və buna görə alimlər fəal həyat tərzi ilə informasiya əldə etmə prosesi arasında qızıl ortanı tapmağı məsləhət görürlər.