Vaxt.Az

«Microsoft» İE-ni xilas etmək istəyir


 

Məşhur brauzerin adı dəyişdiriləcək?

«Microsoft» İE-ni xilas etmək istəyir «Microsoft» tərtibatçıları «Internet Explorer» veb-brauzerini xilas etmək üçün adının dəyişdirilməsi haqda müzakirələr aparırlar. Onlar tərəfindən təklif edilmiş «Ultron» adı rəhbərliyin xoşuna gəlməyib.

Milli.Az bildirir ki, brauzerin nüfuzunun azalması bu müzakirələrə səbəb olub. Proqramın cari versiyasının (İnternet Explorer 11)  nisbətən uğurlu olmasına baxmayaraq, istifadəçilər İE brauzerini kompüterlərinə quraşdırmağa tələsmirlər, çünki «Microsoft»un brauzerinin altıncı versiyasının çoxsaylı çatışmazlıqları hələ də yaddaşlardadır. Hesab edilir ki, adın dəyişdirilməsi brauzerə bu mənfi  imicdən yaxa qurtarmağa kömək edəcək.

Qeyd edək ki, «Bromium Labs» şirkətinin hesabatına əsasən, 2014-cü ilin əvvəlindən «İnternet Explorer» brauzerində ötən illə müqayisədə daha çox boşluq aşkarlanıb. İE bu göstəricisi üzrə başqa populyar brauzerlər arasında liderdir. Bununla belə ekspertlər bildiriblər ki, «Microsoft»un tərtibatçıları brauzerin təhlükəsizliyinə daha çox diqqət ayırmağa başlayıblar.

 





17.08.2014    çap et  çap et