Məlumata görə, avqustun 16-da «Milli bolşevik platforması»nın qurultayında tutulan Aleksey Baranov və Aleksandr Atabayevin də dindirlməsinə başlanılıb.
Novosibirsk fəalları ehtimal edirlər ki, K.Yeremenko istintaqa cəlb olunacaq.
Virtualaz.org saytının verdiyi xəbərə görə, bir gün əvvəl Rusiya kütləvi informasiya vasitələri yazıblar ki, Novosibirsk hakimiyyəti avqustun 17-nə təyin edilən «Sibirin federallaşması naminə» marşının keçirilməsinə icazə verməyib.
Son günlər Novosibirsk fəalları onlara təzyiqlərdən şikayətçidir. Belə ki, özünü təhlükəsizlik qüvvələrinin əməkdaşları kimi təqdim edənlər onların qohumlarına və dostlarına hədələyici zənglər ediblər.
«Azadlıq» radiosu bildirir ki, «Teleqraf» saytının yazdığına görə, valideynləri Aleksey Baranovun mənzilinin qarşısından kəsilmiş qoyun başı tapıblar.
Altay vilayətində isə fəal Mixael Poulin saxlanıb. O da «Milli bolşevik platforması»nın üzvüdür.
Krasnodarda da təşkilatın bir üzvü «kiçik xuliqanlığa» görə həbs edilib.
Federallaşma tərəfdarları regiona Rusiyanın tərkibində böyük muxtariyyət verilməsini tələb edirlər.