Vaxt.Az

Yersiz zarafat danışıqları pozdu


 

«Ukrayna diplomatları şən əhval-ruhiyyə və zarafat edəsi halda deyildilər»

Yersiz zarafat danışıqları pozdu Almaniya xarici işlər naziri Frank-Volter Ştaynmayerin dəvəti ilə Berlində bir araya gələn Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna xarici işlər naziri Pavlo Klimkin və Fransa xarici işlər naziri Loren Fabius Ukraynadakı gərginliklə bağlı müzakirələr aparıblar.

«ANSpress»in məlumatına görə, təxminən 5 saat davam edən toplantıdan sonra alman nazir Ştaynmayer, bəzi məsələlərdə irəliləyiş əldə edildiyini açıqlayıb.

Diplomatik mənbələr görüşlərin davam edib-etməyəcəyinin bu gün, ya da sabah müəyyən olacağını bildirirlər.

Qeyd edək ki, Rusiya, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirləri Ukraynada gərginliyi müzakirə etmək üçün bir araya gəliblər.

Bu arada virtualaz.org-a məlum olub ki, tədbirdə iştirak edən ukraynalı diplomat ilginc açıqlama ilə çıxış edib. Onun dediyinə görə, rusiyalı diplomatlardan biri tədbirdə yersiz zarafatlar edib: «Görünür, həmin diplomat iştirakçıların əhval-ruhiyyəsini qaldırmaq istəyirdi. Amma şəxsən Ukrayna diplomatları şən əhval-ruhiyyə və zarafat edəsi halda deyildilər».

 





18.08.2014    çap et  çap et