Bəyanatda bildirilib ki, Ukrayna böhranı ilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə edilib. Rusiya XİN qeyd edib ki, nazirlər Ukrayna böhranının bütün aspektlərini müzakirə ediblər və silahlı münaqişənin tezliklə dayandırılması, sərhəddə nəzarətin təminatları məsələlərinə də toxunulub.
Bu formatda dialoqu davam etdirməklə Rusiyanın, Almaniyanın, Fransanın və Ukrayna liderlərinin müzakirəsi üçün konkret təkliflər təqdim edilə bilər» - deyə Rusiya XİN bildirib.