Məlumatda qeyd edilir ki, o, yaxınlarda «Domama» restoranlar kompleksinin sahibinin oğlunun toy mərasimində də yaxından iştirak edib.
Digər mənbə isə bildirib ki, Tiqran Sərkisyanı Ermənistanın ABŞ-dakı konsulunun oğlunun toy mərasimində görüblər. Orijinal toy olub: nikah mərasimi Saqmosavank kilsəsində keçirilib. Bundan sonra toy iştirakçıları kilsənin yaxınlığındakı mərasim yerinə gediblər. Digər məlumata görə, həmin obyekt konsula məxsusdur və məhz oğlunun toyunu keçirmək üçün tikilib.