Vaxt.Az

Merkel Ərdoğanı dinləyirmiş


 

«Biz NATO ölkələrinin dinlənilməyəcəyini söyləməmişik»

Merkel Ərdoğanı dinləyirmiş Almaniyanın «Frankfurter Allgemeine Sonntag» qəzeti qalmaqal yaradacaq yeni iddia ortaya atıb. Azvision.az türk KİV-lərinə istinadən xəbər verir ki, qəzetin dərc etdiyi məlumata görə, Türkiyə alman kəşfiyyatı tərəfindən telefon danışıqlarının ən çox izləndiyi ölkələrdəndir.

Alman hökumətinə yaxın çevrələrin bildirdiyinə görə, bu məlumat həqiqətdir və Türkiyə çox yaxından izlənilir.

Xatırladaq ki, ABŞ kəşfiyyatının telefonları dinləməsinə Angela Merkel sərt etiraz etmişdi. «Frankfurter Allgemeine Sonntag» nəşri hökumət dairələrinin «Biz dostlar arasında NATO ölkələrinin dinlənilməyəcəyini heç zaman söyləməmişik» fikrinə xüsusi yer verib.

Alman hökumətinin Türkiyəni izləməsi belə izah edilir: «Türkiyə ABŞ, Fransa və ya İngiltərə kimi əsas partnyorlardan biri deyil. Türkiyədə baş verənlər Almaniyanın daxili təhlükəsizliyi baxımdan önəmli rol oynayır. Bu, Almaniyadakı PKK qrupları, radikal sol və sağ təşkilatlarının etirazları, narkotik ticarətinə kimi uzanır. Eyni zamanda Türkiyə hökumətinin Almaniyadakı türk dərnəkləri vasitəsilə siyasi hədəflərə çalışdığı bilinir».

Qeyd edək ki, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının da Almaniya tərəfindən dinlənildiyi bildirilir.

 





18.08.2014    çap et  çap et