Vaxt.Az

«Nüfuzlu şəxslər Müsavatdan istefa verdi»


 

«Kimliyindən asılı olaraq bu, belədir»

«Nüfuzlu şəxslər Müsavatdan istefa verdi» «Müsavat Partiyasında heç kimin şəxsiyyətinə pərəstiş yoxdur. Kimliyindən asılı olaraq bu, belədir». Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib.

O bildirib ki, Müsavatda insanlar ideologiya ətrafında toplaşıb: «Başqanın kimliyindən asılı olmayaraq, Müsavatı heç nəyə dəyişmərəm. Qurultaydan əvvəl və sonra incikliklər ola bilər və bu da normaldır. Əvvəlki illərdə Müsavatdan nüfuzlu şəxslər istefa verdi. Amma əqidəsi Müsavat olan üzvlərin heç biri partiyadan ayrılıb, onları dəstəkləmədi».

T.Abbaslının sözlərinə görə, bu gün partiyada qurultayla bağlı təşkilat komitəsinin iclası keçiriləcək: «Bu gün bir sıra zəruri qərarlar veriləcək. Partiya başqanlığına keçiriləcək seçkidə namizədliyimi irəli sürəcəyimi artıq elan etmişəm. Qərarımı da dəyişmək fikrim yoxdur».

 





18.08.2014    çap et  çap et