Modern.az saytı xəbər verir ki, bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov söyləyib.
A. Şərifov deyib ki, «Sovetski» məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələyə də inventarlaşma başa çatandan sonra baxılacaq: «Biz sahəsi kiçik olan evlərə toxunmuruq. İnventarlaşma prosesi başa çatandan sonra sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlanacaq. Eyni zamanda evinin sahəsindən asılı olmayaraq, köçmək istəməyənlərin evlərinə də toxunulmur. Kim istəyir, qalıb yaşaya bilər».
Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparıldığını xatırladan A.Şərifov qiymət məsələsinə yenidən baxılmayacağını da vurğulayıb.