Vaxt.Az

Obamanın istirahəti haram oldu


 

Qaradərilinin öldürülməsi ABŞ prezidentini Ağ Evə qaytardı

Obamanın istirahəti haram oldu ABŞ prezidenti Barak Obama istirahətini yarımçıq qoyaraq Ağ Evə geri dönüb. Bu barədə azvision.az «BBC»yə istinadən xəbər verir.

Obama vitse-prezident Cozef Baydenlə birgə İraqla bağlı müzakirələrdə iştirak edəcək. Daha sonra ABŞ prezidenti yeniyetmənin ölümü ilə əlaqədar bir neçə gündür ki, etiraz aksiyalarının keçirildiyi Ferqüsson şəhərindəki (Missuri ştatı) vəziyyəti müzakirə etmək üçün ABŞ-ın ədliyyə naziri ilə görüşəcək.

Qeyd edək ki, qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Onun öldürülməsi şəhərdə etiraz aksiyalarının keçirilməsinə səbəb olub. xəbər verdiyimiz kimi, hazırda Ferqüssonda komendant saatı elan edilib.

 





18.08.2014    çap et  çap et