Müəllifin iddiasına görə, Böyük Pyotrun anası, guya milliyyətcə erməni olmuş Nataliya Narışkina sarayda fəaliyyət göstərən erməni rəssam Boqdan Saltanova aşiq olur. Müəllif hətta iddia edir ki, onlar öz aralarında ermənicə danışırmışlar. Nəticədə, Nataliya Narışkina Boqdan Saltanovdan hamilə qalır və Böyük Pyotr doğulur. Ruben Barents hətta bir qədər irəli gedərək, bu qeyri-qanuni hamiləliyin çar ailəsinin razılığı ilə, guya dövləti alicənab erməni geninə təslim etmək məqsədi ilə gerçəkləşdirildiyi iddia edir.
Təbii ki, bütün bunlar ağ yalandır. Narışkinlər mənşəcə xəzər türklərinin törəməsidir. Babaları Mordka Kubrat Krımdan gəlmişdi və yəhudi dinini qəbul etmiş karaim türkü idi. Onun ləqəbi Narış olub. Rusiyada xristianlığı qəbul edən Narışkinlərə sonradan zadəganlıq verilib və hakim ailə ilə qohum olublar.
Narışkinlər türk mənşəli olduqlarını həmişə xatırlayıblar və Pyotra həmişə tövsiyə ediblər ki, çətinliyə düşəndə Osmanlıya müraciət etsin. Pyotrun babası Kiril Narışkinin Osmanlı sultanları ilə çox yaxşı əlaqəsi olub. Poltava müharibəsində Osmanlı imperiyasının 80 minlik ordu ilə İsveç qoşununu arxadan vuraraq məhv etməsini də əksər tarixçilər bu əlaqələrlə izah edirlər.