Vaxt.Az
Metroda yenilik
Vaxt yeraltında tərsinə işləyəcək
«Bakı Metropoliteni»ndə qatarların hərəkəti geriyə sayım prinsipi ilə tənzimlənəcək. «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzərTAc-a bildirib ki, hazırda bu sistem metropolitenin «Dərnəgül» stansiyasında tətbiq olunur. Sistemin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur.
Belə ki, metronun yeni stansiyalarında,
sonrakı mərhələdə isə rekonstruksiya ediləcək mövcud stansiyalarda geriyə sayım
prinsipi tətbiq olunacaq. Bu, eyni zamanda, sərnişinlərin qatarların hərəkəti
barədə daha dəqiq informasiya almasına imkan yaradacaq.
18.08.2014 çap et