Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, Ukrayna məsələsi ilə əlaqədar olaraq ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Ermənistana da ciddi ziyan vuracağı ölkədə böyük rezonansa səbəb olub. Bununla əlaqədar olaraq erməni mətbuatı ABŞ-ın Ermənistandakı səfirinin məsələyə münasibətini öyrənib. Lakin səfirin Ermənistana xoşun gəlmir get dostuna şikayət elə deməyi ermənilər üçün heç də ürəkaçan olmayıb.
«ABŞ-ın sanksiyaları Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Lakin sanksiyalar Ermənistanın da iqtisadiyyatına mənfi təsir edə bilər. Əgər nəsə, Ermənistanın xoşuna gəlmirsə, getsin Moskvaya şikayət etsin!»-deyə amerikalı diplomat ermənilərə «məsləhət» verib.
Bu arada amerikalı səfir Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirdikləri üçtərəfli görüşü də şərh edib. O bildirib ki, məhz bu görüşün nəticələrinə əsasən təmas xəttində atəşkəsin pozulması halları azalıb. Con Heffern hesab edir ki, Azərbaycan-Ermənistan arasında problemin sülh yolu ilə həllində ən yaxşı vasitə prezidentlərin görüşüdür.