Yoxlama zamanı müəssisədə pivə istehsalının gigiyenik sertifikat, reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, istehsal olunan pivələrin etiketində qida və enerji dəyəri barədə məlumatların verilmədiyi, normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi, habelə məhsulun istifadə müddətinin heç bir normativ sənədə əsaslanmadan müəyyən edildiyi aşkar edilib.
Bundan əlavə, pivə istehsalı zamanı məşhur brendlərin əmtəə nişanından istifadə edildiyi bəlli olub.
Yol verilən qanun pozuntusu ilə əlaqədar «Yevlax-Qida»ya qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Qeyd edək ki, builki yay mövsümündə artıq 3 pivə istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.