ABŞ-ın Missuri ştatının Sent Luis rayonunda polis son 11 gündə ikinci qaradərilini öldürüb və gərginlik daha da artıb. Polis bildirir ki, iki zabit avqustun 19-da bıçaqla silahlanmış bir kişini öldürüb.Avqustun 9-da 18 yaşlı, silahsız Maykl Braunun öldürülməsi Ferqyuson şəhərində zorakı etirazlar doğurmuşdu. Ekspertiza göstərib ki, Braun iki dəfə başından olmaqla altı dəfə güllələnib.
Avqustun 20-də ABŞ-ın baş prokuroru Erik Holder Ferqyusona gedəcək, qətli araşdıran müstəntiqlərlə görüşəcək.
Həmin gün prokurorlar Braunu öldürmüş polis zabiti əleyhinə sübutları təqdim edəcəklər, məhkəmə ona qarşı ittihamların irəli sürülüb-sürülməyəcəyini müəyyənləşdirəcək.
çap et