Avqustun 24-də qondarma Abxaziya respublikasında növbədənkənar «prezident» seçkiləri keçiriləcək. Xarici KİV-in verdiyi xəbərə görə, Ermənistan da Dağlıq Qarabağdakı separatçı rejimlə birlikdə Abxaziyaya müşahidəçi missiyası göndərəcək.Qondarma Abxaziya respublikasında prezidentliyə keçmiş vitse-prezident Raul Xadjimba, dövlət təhlükəsizlik xidmətinin vəzifəsini icra edən Aslan Bjaniya, müdafiə naziri vəzifəsini icra edən Mirab Kİşmariya və keçmiş daxili işlər naziri Leonid Dzapşba iddialıdırlar. (modern.az)
çap et