Vaxt.Az

«Mc Donalds» filialları bağlanır


 

Rusiya hökuməti qərar verdi

«Mc Donalds» filialları bağlanır Rusiyada «Mc Donalds» restoranlar şəbəkəsinə qarşı kompaniya başlayıb. Moskvada retoranın ilk filialının yerləşdiyi Puşkin Meydanında bir qrup şəxs ABŞ əleyhinə şüarlar səsləndirərək bu restoranlar şəbəkəsini protest edib.

Anspress-in məlumatına görə, Rusiya hökuməti bu etirazlardan sonra ölkədəki bütün «Mc Donalds» restoranlarının bağlanmasına qərar verib. Rusiya İstehlak Bazarına Nəzarət Xidməti (Rospotrebnadzor) ilk olarak «Mc Donalds»ın Moskvadakı 4 filialını müvəqqəti olaraq bağlayıb. Bu filiallarda aparılan yoxlamalarda qidalardakı enerji dəyərinin bəyan edilənlə eyni olmadığı üzə çıxıb. Paytaxt Moskvadakı 111 «Mc Donalds» restoranında yoxlamalar aparılıb və ortaya çıxan bu təsbitdən sonra Rusiyadakı bütün «Mc Donalds» restoranlarının bağlanmasına qərar verilib.

Qeyd edək ki, Rusiya ərazisində 435 «Mc Donalds» restoranı fəaliyyət göstərir. Onlardan 115-i paytaxt Moskvadadır. Bu restoranlarda 12 min nəfər çalışır.

 





24.08.2014    çap et  çap et