Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətindən «Trend»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi («Sədərək» ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.
Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-nə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.