Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu proses avqustun 29-dək davam edəcək. Namizədlər «Şəxsi səhifə»sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin «Şəxsi səhifə»sinə göndəriləcək. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında müsahibə keçiriləcək.