Axar.az rus mətbuatına istinadən bildirir ki, A.Puqaçovanın fikrincə, Makareviçin Ukrayna hadisələri barədə öz fikrini söyləməyə tam haqqı var. Bunun üçün mətbuat və siyasi xadimlərin onu mühakimə etməyə ixtiyarları yoxdur, ələlxüsus da mükafatlardan məhrum etməyə. Puqaçovanın dövlət başçısına müraciətini digər tanınmış şəxslər, daha dəqiqi isə Liya Axeddjakova, Anna Tereşkova, İrina Proxova da dəstəkləyiblər. Müraciətin müəllifi sıxışdırılan musiqiçini Nobel mükafatını qəbul etməyə razılıq verdiyi üçün təqib olunan Boris Pasternakla müqayisə edib.
Primadonnanın fikrincə, Makareviç sovet qoşunlarının Əfqanıstana yeridilməsi əleyhinə çıxan alim Andrey Saxarovun durumuna düşüb. Şoumen Maksim Qalkinin həyat yoldaşı xatırladır ki, siyasət və yaradıcılığı qarışdırmaq olmaz, hətta ictimai rəyin əksinə olsa belə, öz mövqeyini bildirdiyi üçün mükafatlardan məhrum etmək heç olmaz. Puqaçova qeyd edir ki, Makareviç bu mükafatları Rusiya xalqından yaradıcılığına görə alıb, siyasi fəaliyyətinə görə deyil.