- İntrovert, yaxud ekstravert?
- İntrovert. Refleksiya - həyat tərzimin zəruri şərtidir. Hərçənd sosiumda,
ehtimal ki, ekstravert kimi qəbul olunuram.
- Monoxrom, yaxud rəng?
- Monoxrom. Bir rəng bütövlük və yığcamlığın əlamətidir.
- Cəld, yaxud asta?
- Sürət. İstənilən hərəkət statikadan üstündür.
- Gecə, yaxud gündüz?
- Gündüz. Düşüncəsiz vəziyyəti sevmirəm.
- Dünyada nəyi dəyişmək istərdiniz?
- Dünyanı dəyişmək istəyim yoxdur. Mənə özümün dəyişməyim, ən yaxşı olmaq
maraqlıdır. Fikrimcə, məşğuliyyət daha faydalıdır.
- Həkim mərhəmətli olmalıdırmı?
- İstərdim ki, mərhəmətlilik insanlara peşə fəaliyyətindən asılı olmayaraq xas
olsun.
- Yaz, yaxud payız?
- Yaz da, payız da. Həm yay, həm qış. Axı yaz fevralda da olur. Ürəkdə.
- Siz niyə aktrisa olmadınız?
- Gənclik illərində kinematoqrafla bağlı kiçik epizod məndə aktrisa olmaq
istəyini qətiyyən oyatmadı.
- Sevimli rəqəminiz?
- Yeddi.
- Nikbin, yaxud bədbin?
- Nikbin. Mənə təfəkkür və söz maddiyyatı nəzəriyyəsi yaxındır. Belə olan halda
neqativi maddiləşdirmək nəyə lazımdır?
- Sizin əsas həyat prinsipiniz?
- İstənilən vəziyyətdə ləyaqəti qorumaq.
- Sevimli daş-qaşınız?
- Opal. O, dərin və həmişə müxtəlifdir.
- Sizin üçün insanlarda üç əsas vacib keyfiyyət hansıdır?
- Ləyaqət, intellekt, mehribanlıq.
- Biz total ayrılmalar dövründə yaşayırıq. Getdikcə daha çox xəyanətlər baş
verir, həqiqi dəyərlər yalanla əvəzlənir. XXI əsrin insanı sevgisiz yaşaya
bilərmi?
- Bütün dövrlərdə bəşəriyyət üçün sevgi nəfəs kimi tamamilə orqanik, zəruri və
qaçılmaz hissdir.
- Müasir cəmiyyətə ideallar lazımdırmı?
- İstənilən cəmiyyətə ideallar lazımdır. Əxlaqi ideallar.
- Əgər Uca Tanrı Sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?
- Mənə ən əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişini...
- Dostoyevski deyib ki, gözəllik dünyanı xilas edəcək. Bu belədirmi? Qadınlar
dünya hadisələrinin gedişatına təsir edə bilərlərmi, yoxsa bütün qərarlar kişi
siyasətçilərdən asılıdır?
- Dostoyevski öz qəhrəmanının dilindən mənəvi gözəllikdən, pisliyin insanların
normal vəziyyəti ola bilməyəcəyindən, yalnız Xeyirin həqiqətən də gözəl
olmasından bəhs edib. Əgər planeti məhv olmaqdan qoruyacaq bir şey olacaqsa,
bu, Xeyirdir. Fikrimcə, burada gender sualının əlaqəsi yoxdur.
- Siz həyatda həmişə hansı qaydaya riayət edirsiniz?
- Son dərəcə təbii olmaq. Oyun oynamamaq.
- Niyə həyat belə həssasdır?
- İnsan həyatının niyə belə həssas olduğunu bilmirəm. Bəlkə, ruhun
davamlılığının rəhni bundadır?