Vaxt.Az

«Görək başımıza nə iş gəlir»


 

Elçin Şıxlı mətbuatdan gedir?

«Görək başımıza nə iş gəlir» «Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətinin birdəfəlik dayandırılması haqqında qərar verib. Bu barədə Aktual.az-a Elçin Şıxlı məlumat verib.

O deyib ki, rəhbərlik etdiyi «Ayna»-«Zerkalo» qəzetlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırsa da, qəzetlərin yenidən çapı üçün hər hansı bir yenilik olmadığına görə bu qərarı qəbul etmək məcburiyyətində qalıb: «Yaxın günlərdə qəzetləri  birdəfəlik bağlamaq haqda elan verəcəyəm. Hətta vəziyyət o yerə gəlib çatıb ki, jurnalistikadan birdəfəlik getmək haqda da düşünürəm. Çünki normal jurnalistika ilə məşğul olmağın heç bir mənası yoxdur. Qoy havalar bir az sərinləşsin, beynimiz bir az rahatlaşsın, görək başımıza nə iş gəlir».

 





26.08.2014    çap et  çap et