Vaxt.Az

«Metropoliteni yeni qrafikə hazırdır»


 

Sentyabrın 10-dan sonra qış rejiminə keçiləcək

«Metropoliteni yeni qrafikə hazırdır» Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Metropoliten rəsmisinin sözlərinə görə, qış rejiminə sentyabrın 10-12-də keçiləcək: «Qış rejiminə əsasən sentyabr ayında keçirik, təxminən sentyabrın 10-12-si, yəni məktəblər başlamazdan az əvvəl».

Nəsimi Paşayev həmçinin bildirib ki, sərnişin sıxlığı yaranan kimi qış rejiminə keçilir. «Əsas amil sərnişin sıxlığıdır, bu baş verən kimi qış qrafikinə keçirik. İndi 24 cüt qatarla işləyirik, qış rejimində isə 30 cüt qatar. İntervalları da azaldırıq».

Mətbuat katibi qeyd edib ki, metronun «Elmlər Akademiyası» stansiyasında təmirdə olan eskalator da artıq hazırdır: «Əsaslı təmirdə olan eskalatoru da qış qrafikinə kimi tam istifadəyə verəcəyik. Təmir demək olar ki, yekunlaşıb. Sınaq yürüşlərindən sonra eskalator tam istifadəyə veriləcək».

N.Paşayev onu da əlavə edib ki, yay qrafiki zamanı bəzi qatarlar təmir edilib: «Yay qrafiki zamanı qatar sayını azaltmışdıq. İmkan vardı ki, qatarların da təmirini həyata keçirib qış qrafikinə hazır olaq. Artıq bu da həyata keçirilib və Bakı Metropoliteni demək olar ki, qış qrafikinə hazırdır».

Qeyd edək ki, metroda qatarlar iyunun 17-dən yay qrafikinə uyğun hərəkət edir. (azvision.az)

 





26.08.2014    çap et  çap et