Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın da iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı ətrafına toplaşmış uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib.
Tədbirdə balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Uşaqlar müxtəlif rəqslərə qatılıb, mahnılar ifa edib, məharətlərini göstəriblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birgə rəqs ediblər.
Tədbirdə uşaqların istedadlarını nümayiş etdirmələri üçün xüsusi guşələr də yaradılıb. Şənlikdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.
***
Birinci xanımın körpələrə, xüsusən uşaq evləri, internat məktəblərində yaşayan və sağlıq problemləri olan uşaqlara göstərdiyi diqqətlə növbəti bir xəbər yayıldı.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, nazirliyin tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bunlardan biri Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 saylı, digəri isə Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı internat evidir. Fiziki və əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulan həmin internat evlərində bu günə olan məlumata əsasən, ümumilikdə 307 uşaq tam dövlət himayəsində yaşayır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mehriban Əliyevanın uşaq evləri və internat evlərinə göstərdiyi diqqət və qayğı nəticəsində həmin internat evlərinin həyatında çox böyük dəyişikliklər yaradılıb. Belə ki, Heydər Əliyev Fondunun «Uşaq evləri və internat məktəblərinin inkişafı» proqramı çərçivəsində hər iki müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait mövcuddur. İnternat evləri uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Tibb otaqları müasir avadanlıq və dərman preparatları, idman zalları lazımi qurğularla təmin edilib. Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu masaj, ayaqlar üçün elektrotrenajor və s. avadanlıqlar quraşdırılıb. Həmçinin uşaqlar üçün kompyuter, şahmat, dama, otaqları, onların ilkin yaradıcılıq məşğuliyyəti üçün mini emalatxanalar, valideynlərlə görüş otaqları fəaliyyət göstərir. Artıq hər iki internat evinin həyətində geniş abadlıq, yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr, əyləncə qurğuları, attraksionlar, uşaqların fantaziyasına uyğun müxtəlif lövhələr və s. var. İnternat evlərində uşaqlar yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilib və hər bir qrupun ayrıca yataq və oyun otaqları mövcuddur.
Uşaqların fitri istedad və bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif dərnəklərin də fəaliyyət göstərdiyi bu internat evlərində Mehriban xanım Əliyevanın «Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz» sözləri institutsionallaşdırma sahəsində görülən işlərdə əsas devizə çevrilib. Cari ilin 6 ayı ərzində bu internat evlərindən 13 nəfər uşağın ailələrinə qovuşmasına nail olunub.