Vaxt.Az

Tadevosyanın ağzında şirə qalıb


 

Erməni generaldan əsgərlərə təxribatçı savaş çağırışı

Tadevosyanın ağzında şirə qalıb «Ermənistan əsgərləri heç nəyi gözləməməli, Azərbaycanın mövqelərinə zərbələr endirməlidir». ANS PRESS-in məlumatına görə, bunu Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyan deyib.

O bildirib ki, Ermənistan hərbçiləri cəbhədə Azərbaycanın mövqelərinə zərbə endirmək iqtidarındadır.

«İmkan verə bilmərik ki, bizə hücum etsinlər və itkilərimiz olsun. Əgər biz Azərbaycan tərəfinə hücum etməsək, onları atəş altında saxlamasaq daim gərginlik altında yaşayacağıq», - deyə Tadevosyan bildirib.

Qeyd edək ki, bu cür təxribat xarakterli çağırışlar erməni tərəfindən ilk dəfə deyil səslənir. Cəbhədəki son döyüşlərdən sonra Ermənistanda Qarabağ müharibəsinin iştirakçıları tez-tez bu cür çıxışlar edirlər. Son döyüşlərdən sonra erməni əsgərlərində yaranan ruh düşkünlüyünü aradan qaldırmaq üçün keçmiş döyüşçülər belə pafosla danışırlar.

 





26.08.2014    çap et  çap et