Hər iki şirkət («SOCAR Upstream Management İnternatilonal» və «SOCAR Midstream Operations») ARDNŞ-in mərkəzi ofisindədir və 1000 manat nizamnamə kapitalına malikdir.
Xatırladaq ki, bu ilin fevralında «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün «Cənub Qaz Dəhlizi» QSC yaradılıb. QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır. QSC-nin səhmdarları ARDNŞ (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz). Yeni şirkətləri məhz bu QSC yaradıb.
May və iyulda SC 2 mlrd 163,7 mln dollar məbləğində istiqraz buraxıb. Onları Dövlət Neft Fondu alıb. («Turan»)