Toplantıda R.T.Ərdoğanın hökumət nümayəndələrinə xitabən etdiyi təşəkkür çıxışından sonra, kabinet üzvləri bir-bir keçmiş baş nazirə ürək sözlərini dilə gətiriblər.
Ən təsirli məqam isə baş nazir köməkçisi, eyni zamanda iqtisadiyyat naziri olan Əli Babacanın çıxışı zamanı olub. Ona söz verilərkən salona bir anda səssizlik çöküb. Bu sükut Babacanı gözyaşlarına boğub və o, «sizinlə işləmək böyük bir şərəf idi» deyə hisslərini bildirib.
Ərdoğanın təşəkküründən sonra salondakı səssizlik aradan qalxıb. Yeni baş nazir olaraq Əhməd Davudoğlu rəhbərliyindəki 62-ci hökumətdə yenə İqtisadiyyat naziri vəzifəsini davam etdirən Əli Babacanın duyğu dolu anları digər nazirləri də kövrəldib (ANS).