Ekspertlər və politoloqlar hesab edir ki, bu cür bəyanat birbaşa Rusiyanın Ermənistanı Gömrük İttifaqına işğal olunmuş Azərbaycan əraziləri ilə birlikdə daşımaq cəhdi ilə bağlıdır. Yalnız Astananın prinsipial mövqeyi Dağlıq Qarabağı bu təşkilata daxil etməyə imkan verməyib.
Dolayısı yolla bunu bu günlərdə Serj Sərkisyana da bildirib ki, Gömrük İttifaqının üzvlərinin heç də hamısı Ermənistanın bu təşkilata girməsinə şad deyillər. «Biz problemləri olan balaca ölkəyik, bu da Gömrük İttifaqının digər üzvləri üçün müəyyən çətinliklər yaradır». Təbii ki, problem dedikdə o, hər şeydən öncə, işğal etdikləri Azərbaycana məxsus Dağlıq Qarabağı və onun ətrafında olan Azərbaycan rayonlarını nəzərdə tutur.
Nursultan Nazarbayev həmçinin qeyd edib ki, Qazaxıstanın əsas sərvəti müstəqillikdir. Bununla yanaşı, o, ölkəsinin Gömrük İttifaqına girdikdən sonra əldə edəcəyi iqtisadi yararlardan bəhs edib. Həm də əlavə edib ki, Qazaxıstanın Avrasiya İttifaqına girməsi ölkə üçün çox əlverişlidir.