Vaxt.Az

Ərdoğan qərənfil payladı


 

AKP-yə yeni sədr seçildi

Ərdoğan qərənfil payladı Türkiyədə izdihamla keçən partiya qurultayında hakim «Ədalət və İnkişaf Partiyası»nın yeni sədri baş nazir Əhməd Davudoğlu seçilib. ANS TV-nin məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan partiyası ilə vidalaşıb. Ərdoğan AKP tərəfdarlarına qərənfil paylayıb. Vida çıxışında Türkiyənin 81 vilayətindən 40 minə yaxın insanın qurultay üçün Ankaraya gəldiyini bildirən Rəcəb Tayyib Ərdoğan, bura gələn vətəndaşların bərabərlik nümayiş etdirdiklərini vurğulayıb.

Vətəndaşlardan halallıq istəyən Ərdoğan, özü də haqqını onlara halal edib. Ərdoğan deyib ki, missiya dəyişmir, sadəcə adlar dəyişir. O, nitqində dövlət təşkilatlarından yararlanaraq, siyasət formalaşdıran paralel təşkilata səslənib. Bəzi müxalif partiyalarını da paralel dövlətə işləməkdə ittiham edib. Andiçmə mərasiminə qatılmayan müxaliflər «Biz heç nə itirməyəcəyik, itirən onlar olacaq» mesajını verib.

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, burdan bizi sevsin, ya da sevməsin, 77 milyona əlimi uzadıram.

Sabah isə Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Çankaya Köşkündə yerli vaxtla saat 14:00-da başlayacaq mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək. Nalbəndyanın Ərdoğana qondarma «erməni soyqrımı»nın 100 illiyində iştirak dəvətnaməsi təqdim edəcəyi deyilir. Azərbaycanı isə Baş nazir Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, andiçmə mərasimindən dərhal sonra Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğluya yeni hökuməti formalaşdırmaq tapşırığını verəcək.

 





27.08.2014    çap et  çap et