ANS PRESS-in məlumatına görə, Sərkisyan Abramyanın sehrli çubuğunun olmadığını və ona bağlanan ümidlərin həddindən şişirdildiyini bildirib. Erməni mətbuatının yazdığına görə, Serj Sərkisyan həmçinin Ovik Abramyana dəstək təklif edən və onunla seperat danışıqlara getmiş qeyri-hökumət təşkilatlarının ünvanına da kəskin danışıb. Erməni şərhçilər bildirir ki, Serj Sərkisyan Ovik Abramyanı oyundan maksimum kənarda saxlamağa çalışır.
Əslində, yerli ermənilərin nümayəndəsi olan baş nazir Ovik Abramyan bundan əvvəl parlamentin spikeri idi və nisbətən populyar olması onun parlamentin sabiq spikeri, mərhum Karen Demirçyanın bacara bilmədiyi işi həyata keçirəcəyinə ümidlər yaratmışdı. Ermənistan SSR-nin keçmiş rəhbəri, Azərbaycana dost münasibət bəsləyən Karen Dəmirçyan o vaxt hakimiyyəti Rusiyanın dəstəyi ilə ələ keçirmiş «Qarabağ klanı»nı yıxmaq ərəfəsində idi. Qarabağ erməniləri 1999-cu ildə Dəmirçyanı silah gücü ilə yıxdılar. Ovik Abramyanı qarşı isə daha məkrli qəsd düzəltdilər. Onu baş nazir təyin etməklə Serj Sərkisyanın buyruqlarını yerinə yetirən məmura çevirdilər.