Vaxt.Az

Putindən izahat istənildi


 

ABŞ Rusiya ordusunun Ukraynada birbaşa döyüşdüyünü elan etdi

Putindən izahat istənildi ABŞ Rusiya əsgərlərinin Ukraynada bilavasitə döyüşdüyünü bəyan edib. «Rusiya öz əsgərlərini və onların ailələrini aldadaraq, Ukraynada birbaşa hərbi əməliyyatlar həyata keçirir», - deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki avqustun 27-də keçirdiyi brifinqdə bildirib.

Departament rəsmisi deyib ki, bütün məlumatlar indi Donetsk və Luqanskda Rusiya hərbçilərinin əks-hücuma keçdiyini göstərir.

«Biz narahatıq ki, Rusiya hökuməti, hərbçiləri Ukraynanın içərisinə doğru 40 km. irəliləsə də, həqiqəti söyləmək istəmir», - deyə Psaki qeyd edib.

Bu arada Almaniya kansleri Angela Merkel də rus hərbçilərinin Ukrayna ərazisinə keçməsinə görə Rusiya prezidenti Vladimir Putindən izahat istəyib.

«Reuters» agentliyinin verdiyi xəbərə görə, Merkelin mövqeyini onun rəsmi təmsilçisi Şteffan Zayberq açıqlayıb. Merkel şərqi Ukraynada ələ keçən Rusiya desantlarına görə Kremlin cavab verməsini vacib sayır.

 





28.08.2014    çap et  çap et