Rusiya prezidenti Vladimir Putin Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə Türkiyə KİV-ləri xəbər verir.Rusiyanı andiçmə mərasimində Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.
Qeyd edək ki, Ərdoğanın andiçmə mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə, İranı xarici işlər naziri Cavad Zərif, Gürcüstanı baş nazir İrakli Qaribaşvili, Ermənistanı isə xarici işlər naziri Edvard Nalbəndyan təmsil edəcək.
Obamanı isə Ərdoğanın andiçmə mərasimində ABŞ-ın Ankara səfirliyinin məsləhətçisi Cess Beyl əvəz edəcək. (azvision.az)
çap et