Oxu.az-ın məlumatına görə, «Garant Holding»in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun həyat yoldaşının olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Nəticədə E.Ələsgərovun xanımı dünyasını dəyişib.
Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb. «Garant Holding» bununla bağlı nekroloq yayıb.
Qeyd edək ki, dünyasını dəyişən xanım Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.