Vaxt.Az

Cinayət işi açıldı


 

BŞDYP nazirin qardaşı qızının həlak olduğu qəzanı araşdırır

Cinayət işi açıldı Ötən gecə Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Qəza zamanı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib. Onun həyat yoldaşı, «Garant Holding»in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun səhhəti ilə bağlı məlumat verilmir.

Baş Dövlət Yol Polis İdarəsindən (BŞDYP) AzVision.az-a verilən məlumata görə, qəza ilə bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı «KİA» markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra «KİA»nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı «KamAZ» markalı yük maşını «KİA» ilə toqquşub. Dünyasını dəyişən Günay Ələsgərova və həyat yoldaşı «KİA» markalı avtomobildə olublar.

 





28.08.2014    çap et  çap et