Vaxt.Az

«Lazımsız kağız parçası»


 

Azərbaycan XİN Kaliforniya Senatının Qarabağ qərarını «zibil» adlandırdı

«Lazımsız kağız parçası» ABŞ-ın Kaliforniya ştatının Senatının qondarma «DQR»in müstəqilliyinin tanınması barədə qərarını «lazımsız kağız parçası» adlandırıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, qətnamənin heç bir qanuni qüvvəsi yoxdur və erməniyönümlü konqresmenlər tərəfindən irəli sürülüb.

«Bu qətnamə dekorativ xarakter daşıyır və ABŞ qanunvericiliyinə ziddir, çünki bu ölkənin xarici siyasətinə kölgə salır. Erməni KİV-ləri bu qətnaməni nəsə mühüm hadisə kimi təqdim edirlər ki, bu da erməni KİV-lərinə xasdır. Onlar həmişə xəyallarını reallıq kimi qələmə verməyə çalışırlar» - E.Abdullayev bildirib.

 





28.08.2014    çap et  çap et