Vaxt.Az

Nazirdən yeni əmr


 

Mikayıl Cabbarov sentyabr ayında konfransların keçirilməsini istəyib

Nazirdən yeni əmr Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir təhsil işçilərinin 2014-cü il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Yeni əmrdə qeyd olunub ki, 2014-cü il 01-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunsun.

Həmçinin əmrdə qeyd olunub ki, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin, konfransların plenar iclaslarında «2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.

 





28.08.2014    çap et  çap et