Vaxt.Az

Nazir Qazıqumlağa getdi


 

Ziya Məmmədovun qardaşı isə qızının dəfninə iştirak edə bilmədi

Nazir Qazıqumlağa getdi Dünən axşam Bakı-Quba yolunda baş vermiş avtomobil qəzasında dünyasını dəyişən nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Ələsgərova dəfn olunmaq üçün Ucar rayonuna aparılıb.

Mərhumun cənazəsi Qazıqumlaq kəndinə aparılıb. Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar.

Xatırladaq ki, qəzada həlak olan xanım nazirin Loğman adlı qardaşının qızıdır. O, 1977-ci il təvəllüdlü olub.

«Qafqazinfo»nun əldə etdiyi məlumata görə, mərhumun atası Loğman Məmmədov hazırda Türkiyədədir və ağır əməliyyat keçirib.

 





28.08.2014    çap et  çap et