Vaxt.Az

«Türkiyə qan dəyişir»


 

«Ərdoğanın gələn həftə baş tutacaq Bakı səfəri bütün suallara cavabdır»

«Türkiyə qan dəyişir» Türkiyədə hansı hökumət olursa olsun, hansı şəxs baş nazir, prezident olursa olsun, Azərbaycana münasibətdə dəstək, qardaşlıq məsələsində bir dəyişiklik ola bilməz. Vaxt.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir qeyd edib ki, Türkiyədə tarixi bir olay yaşanıb və ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçilib: «Ancaq istər Türkiyə prezidenti səlahiyyətlərinin icrasına başlayacaq Rəcəb Tayyib Ərdoğanın, istərsə də baş nazir səlahiyyətlərini icra edəcək Əhməd Davudoğlunun dediyi kimi, bu, bir bitmə deyil, davamdır. Türkiyənin dövlət ənənəsində də davamlılıq əsasdır. Ancaq Türkiyədə bir qan dəyişikliyi yaşanır və bu dəyişikliyin müsbət nəticələrinin olacağını düşünməyimiz lazımdır».

İ.Coşqun bildirib ki, Türkiyə Nazirlər Kabinetində də dəyişikliklər olacaq. O qeyd edib ki, hər yeni gələcək nazir, Türkiyəni inkişaf etdirməyə, Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışacaq.

«Rəcəb Tayyib Ərdoğan da ilk rəsmi səfərini gələn həftə Azərbaycana edəcək. Bunun özü bütün suallara cavabdır», - deyə o vurğulayıb.

 





28.08.2014    çap et  çap et