Müsavatın başqanlığına namizədliyini irəli sürməsinə gəlincə, Sadıxlının sözlərinə görə, namizəd olmaq haqqında heç kimə bir söz deməyib: «Sadəcə olaraq, öncədən belə bir ifadə işlətmişəm ki, prosesləri izləyəcəm. Hiss eləsəm ki, mənim başqanlığa namizədliyimi irəli sürməyə ehtiyac var, onda namizəd olacam. Əks təqdirdə namizədliyimi verməyəcəm».
Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı sentyabr ayının axırlarında keçirilməlidir. Bu gündən başqanlığa iddialılar namizədliklərini irəli sürməyə başlayıblar. İndiki başqan İsa Qəmbərin yerinə əsas iddialılar Müsavatın Divan üzvləri Tural Abbaslı, iqtisadçı-ekspert Qubad İbadoğlu, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqanın keçmiş müşaviri Səxavət Əlisoydur.